Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun yaşayış məntəqələrində Zəfər Gününə həsr olunmuş tədbirlər davam etdirilib.

07 noyabr 2023 | 17:11

7 noyabr 2023-cü il tarixində Ağdaş rayonunun qəsəbə və kənd yaşayış məntəqələrində Zəfər gününə həsr olunmuş kütləvi tədbirlər davam etdirilib. Keçirilən tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, təhsil müəssisələrinin şagird və müəllim heyəti iştirak edib. Tədbirlər boyunca məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olunub, sərgilər nümayiş etdirilib, şahmat, dama, futbol yarışları təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin fədakarlığından söhbət açılıb, xatirələri ehtiramla yad edilib.

 

Keçidlər