Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən təlimlər başa çatdırıldı.

29 sentyabr 2023 | 17:27

29 sentyabr 2023-cü il tarixdə Ağdaş Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri  tərəfindən  “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzularında təlimlər keçirilib. Diskussiya şəraitində keçirilən təlimlərdə rayonun yerli icra strukturlarında çalışan dövlət qulluqçuları iştirak edib, təqdim olunan mövzular üzrə müzakirələr aparılıb. Beləliklə, Dövlət İmtahan Mərkəzi tərəfindən rayonda “Dövlət Qulluğu” haqqında Qanunun müvafiq müddəalarına həsr olunan 3 günlük təlimlər başa çatdırılıb.

Keçidlər