Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirildi.

01 mart 2024 | 16:30

2024-cü il 1 mart tarixdə Ağdaş rayon İcra Hakimiyyətində “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin işçiləri iştirak edirdi. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahının rəisi Səbuhi Musayev açaraq, rayon üzrə mülki müdafiə sahəsində görülən işlər barəsində ətraflı məlumat vermiş, qarşıda duran vəzifələrdən söhbət açmışdır. Bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixində bu təşkilata üzv olan bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü-kütləvi humanitar tədbir kimi qeyd edilir. 1993-cü ildən bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə daxil olan Azərbaycan da hər il təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin maarifləndirilməsini təmin etmək, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsindən ibarətdir.

Keçidlər