Şriftin ölçüsü :

Saytın rəngi :

Qarağan Şıxlar kəndində şəhidin məzarı ziyarət olunub.

03 oktyabr 2023 | 15:33

3  oktyabr 2023-cü il tarixində 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Namətov Naib Firqət oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə bağlı Qarağan Şıxlar kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, ruhuna dualar oxunub, məzarı üzərinə gül  dəstələri düzülüb. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları, şəhidin doğmaları və yaxınları  iştirak ediblər. Tədbirdə iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ bölgəsində erməni təxribatçılarına qarşı həyata keçirilən döyüş əməliyyatları, o cümlədən 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən söhbət açıb, Ordumuzun Qarabağın bütün ərazisinin düşmən tapdağından azad edilməsindəki uğurlarına toxunub, şəhidlərin qanı hesabına ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini diqqətə çatdırıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər