Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradeyin kəndində şəhidin növbəti ildönümü qeyd olunub.

07 iyun 2024 | 17:33

7 iyun 2024-cü il tarixində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Məsimov Əkbər Yunis oğlunun doğulub boya-başa çatdığı Qaradeyin kəndində növbəti ildönümü keçirilib. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, gənclər, həmçinin şəhidin yaxınları və doğmaları iştirak edib. Şəhidin məzarı ziyarət olunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlaına dualar oxunub və məktəblilərin ifasında bədii kompozisiya nümayiş etdirilib. Şəhidin evində ehsan mərasimi təşkil olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Keçidlər