Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradeyin kəndində şəhidin ildönümü qeyd olunub.

07 iyun 2023 | 15:57

7 iyun 2023-cü il tarixdə Ağdaş rayonunun  Qaradeyin kəndində doğulub boya-başa çatmış şəhid  Məsimov Əkbər Yunis oğlunun Vətən Müharibəsində şəhadətə yüksəlməsinin növbəti ildönümü  ilə əlaqədar anım tədbiri keçirilib.  Anım tədbirində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rayon şöbəsinin məsul əməkdaşları,  şəhidin doğmaları və kənd sakinləri iştirak ediblər.  Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların  ruhlarına dualar edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər