Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradeyin kəndində şəhidin ad günü qeyd olundu.

04 avqust 2022 | 15:37

4 avqust 2022-ci il tarixində Ağdaş rayonunun  Qaradeyin kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Abbasov Neymət Elçin oğlunun doğum günü qeyd olunub.

Mərasimdə Milli Məclisin deputatı Cavid Osmanov, rayon  İcra Hakimiyyəti, kənd ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri,  müharibə iştirakçıları  iştirak edib.

Əvvəlcə  kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, məzarın üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.Şəhidin döyüş yolu barədə söhbət açılıb.

 Sonra şəhidin evində ehsan süfrəsi təşkil olunub.

 Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə  Neymət  Abbasov döyüş şücaətinə görə  “Vətən uğrunda “, ”Cəsur döyüşçü”, “Füzulinin azad edilməsi uğrunda“ və  “Cəbrayılın azad edilməsi uğrunda “  medalları təltif edilib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Keçidlər