Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı və İkinci Aral kəndlərində Vətən Müharibəsi şəhidlərinin ildönümü qeyd edilib.

23 oktyabr 2023 | 15:19

22-23 oktyabr 2023-cü il tarixlərində Ağdaş rayonunun Qaradağlı və İkinci Aral  kəndlərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Cəlil Qüdrət oğlu və Həsənov Rəvan Rövşən oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə bağlı ailələri ziyarət olunub. İl mərasimlərində rayon İcra Hakimiyyətinin birinci müavini İsmayıl Yusifzadə, rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov, ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, doğmaları iştirak edib. Anım tədbirlərində son 3 il ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ bölgəsində erməni təxribatçılarına qarşı həyata keçirilən döyüş əməliyyatları, o cümlədən 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən söhbət açılıb, Ordumuzun Qarabağın bütün ərazisinin düşmən tapdağından azad edilməsindəki uğurlarına toxunulub, şəhidlərin qanı hesabına ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyi diqqətə çatdırılıb. Şəhidlərin döyüş yolu xatırlanıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər