Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı kəndində şəhidin doğum günü qeyd olundu.

12 iyul 2023 | 15:59

12 iyul 2023-cü il tarixində Ağdaş rayonunun Qaradağlı kəndində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Əliyev Cəlil Qüdrət oğlunun doğum günü qeyd olunub. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,  ictimaiyyətin nümayəndələri və kənd sakinləri tərəfindən şəhidin ailəsi ziyarət edilmiş, anım tədbirində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların  ruhlarına dualar oxunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Keçidlər