Şriftin ölçüsü :

Saytın rəngi :

Qalib Həsənova medal təqdim edildi.

30 iyun 2023 | 11:31

   Dövlət  İdarələri və İctmai Xidmət İşçiləri Həmkarlar  İttifaqı  Ağdaş rayon Komitəsinin sədri Qalib Həsən Oğlu Həsənovun 70 yaşı tamam olmuşdur. Azərbaycan Həmkarlar  İttifaqı Konfederasiyası uzun müddət səmərəli fəaliyyətini nəzərə alaraq  onu “AHİK-nın  30 illiyi” yubiley medalı ilə təltif etmişdir. Bu münasibətlə rayon İcra Hakimiyyətində keçirilən tədbirdə yubilyara medalın təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə  Q.Həsənovun mənalı həyat  yolu və uzun illər dövlət qulluqçusu olaraq qüsursuz xidmətləri barədə geniş söhbət açmış, sonra yubiley medalını təqdim etmişdir. Rayon İcra Hakimiyyətinin kollektivi uzun illər birgə çalışdıqları Qalib  Həsənovu  şərəfli  yubiley yaşı münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və rifah diləyir.

Keçidlər