Şriftin ölçüsü :

Saytın rəngi :

Pirkəkə kəndində şəhidlərin xatirəsi əbədiləşdirildi.

13 iyul 2022 | 17:17

13 iyul 2022-ci il tarixdə rayonun Pirkəkə kəndində Birinci Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalan döyüşçülərin portretlərinin əks olunduğu xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, qazilər, məktəblilər, şəhidlərin doğmaları və kənd sakinləri iştirak ediblər.

Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!  Ruhları şad olsun!

 

Keçidlər