Şriftin ölçüsü :

Saytın rəngi :

Pirəyir kəndində şəhidin ildönümü qeyd olunub.

28 sentyabr 2023 | 17:09

28 sentyabr 2023-cü il tarixində Ağdaş rayonunun Pirəyir kəndində şəhid  Mustafayev Siyasət Akif oğlunun Vətən Müharibəsində şəhadətə yüksəlməsinin növbəti ildönümü  ilə əlaqədar anım tədbiri keçirilib. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rayon şöbəsinin məsul əməkdaşları,  şəhidin doğmaları və kənd sakinləri iştirak ediblər. Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların  ruhlarına dualar edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər