Şriftin ölçüsü :

Saytın rəngi :

Orta Ləki kəndində şəhidin ailəsi ziyarət olunub.

09 noyabr 2023 | 10:33

09 noyabr 2023-cü il tarixində Ağdaş rayonunun Orta Ləki kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Rəcəb Yolçu oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə bağlı ailəsi ziyarət olunub. Anım tədbirində rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Firdovsi Məmmədov, YAP Ağdaş rayon təşkilatının nümayəndəsi İsa Eminov, Milli Məclisə 90 saylı seçki dairəsindən seçilmiş deputatın köməkçisi Rəhman Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı Ceyhun Cavadov, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib.Tədbirdə zamanı şəhidin şərəfli döyüş yolundan söhbət açılıb, xatirəsi anılıb, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər