Şriftin ölçüsü :

Saytın rəngi :

Orta Ləki kəndində şəhid Məhəmməd Nəbiyevin xatirəsi anılıb.

12 yanvar 2024 | 17:45

12 yanvar 2024-cü il tarixində Ağdaş rayonunun Orta Ləki kəndində doğulub boya-başa çatmış, Birinci Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalan Nəbiyev Məhəmməd Əşrəf oğlunun şəhadətə yüksəlməsinin otuzuncu ildönümü ilə əlaqədar xatirəsi anılıb. Anım tədbirində rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak ediblər. Tədbir iştirakçıları Orta Ləki qəbiristanlığında şəhidlərin məzarlarına baş çəkib, şəhid Məhəmməd Nəbiyevin təhsil aldığı, pedaqoji fəaliyyət göstərdiyi, eyni zamanda onun adını daşıyan tam orta məktəbin həyətində şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə inşa edilən lövhənin önünə gül-çiçək dəstələri düzüblər. Tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda kompozisiya nümayiş etdirilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Keçidlər