Şriftin ölçüsü :

Saytın rəngi :

Orta Ləki kəndində şəhid Azər Vəliyevin xatirəsi anılıb.

19 noyabr 2022 | 13:55

19 noyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Orta Ləki kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Azər Vəli oğlunun şəhadətə yüksəlməsinin ikinci ili  ilə əlaqədar ailəsinə baş çəkilib, məzarı ziyarət olunub, ruhuna  dualar  oxunub,məktəblilərin ifasında kompozisiya nümayiş etdirilib,şəhidin döyüş yolundan söhbət açılıb.

Anım tədbirində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları,  ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər