Şriftin ölçüsü :

Saytın rəngi :

Nehrəxəlil kəndində şəhid Vüqar Çələbilinin ailəsi ziyarət olunub.

14 dekabr 2023 | 14:31

14 dekabr 2023-cü il tarixində Ağdaş rayonunun Nehrəxəlil kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Çələbili Vüqar Fərəcullah oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Firdovsi Məmmədov, YAP Ağdaş rayon təşkilatının nümayəndəsi İsa Eminov, Milli Məclisə 90 saylı seçki dairəsindən seçilmiş deputatın köməkçisi Rəhman Rəhimov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı Elçin Hacıyev, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin Ağdaş rayonu üzrə sektor müdiri Samir İsrəfilov, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlarından söhbət açılıb, ruhuna dualar oxunub. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.          

 

Keçidlər