Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Ramazan ayı başlandı.

11 mart 2024 | 12:52

Müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanda müxtəlif milli və dini mərasimlər, o cümlədən müqəddəs Ramazan ayı hər il dövlət səviyyəsində təntənəli tədbirlərlə müşayiət olunur.  Ölkəmizdə yaşayan bütün müsəlmanlar və digər dinlərin nümayəndələri  birliyin və savab əməllərin təcəssümü olan Ramazan ayına böyük sevgi ilə yanaşır, yer üzündə  sülhün və əmin-amanlığın bərqərar olması naminə birgə səylər göstərməklə, əsrlər boyu formalaşan nəcib adət və ənənələrimizə öz  ehtiram və həmrəyliklərini nümayiş etdirirlər. Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  son  illər ərzində dünya birliyində Azərbaycan müstəqil dövlət kimi  layiqli  yer tutmaqla yanaşı, dövlət-din münasibətlərinin inkişafında demokratik ənənələrin, insan hüquq və azadlıqlarının bərqərar olunması yolunda öncül sıralarda gedir. Əziz ağdaşlılar, müqəddəs Ramazan ayının başlanması münasibətilə hər birinizi təbrik edir, ay ərzində sizə möhkəm cansağlığı, firavanlıq, ailələrinizə xoşbəxtlik diləyir, ulu Tanrıdan  tutduğunuz oruc ibadətinin qəbul edilməsini və dualarınızın çin olmasını arzulayırıq.

Keçidlər