Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət kollektivlərinin təqdimatında “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib.

06 may 2023 | 13:12

5 may 2023-cü il tarixində Ağdaş rayonunun Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova, rayonun ictimai fəalları və mədəniyyət müəssisələrinin kollektivləri iştirak edib.

Tədbir iştirakçıları tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ehtiramla ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində Mədəniyyət Nazirliyi tərəfindən göndərilən, Heydər Əliyevin ölkəmizdə mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən şəkillərdən ibarət foto sərgiyə baxış keçiriblər.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi qayğıdan bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbir mədəniyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilib.

Keçidlər