Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət işçisi təltif edildi.

21 iyun 2022 | 18:01

Rayonun mədəni həyatında fəallığı və təşkilatçılıq bacarığı ilə seçilən mədəniyyət işçisi Çingiz Fərəc oğlu Qasımovun 60 yaşı tamam olmuşdur. Ağdaş Rayon İcra Hakimiyyətində keçirilən tədbir zamanı rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakı, kütləvi tədbirlərin təşkilində səmərəli fəaliyyəti və anadan olmasının 60 illiyi münasibətilə Ağdaş Mədəniyyət Mərkəzinin bədii rəhbəri Çingiz Qasımova “Fəxri Fərman” təqdim edilib. Çingiz Qasımov mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq hisslərini ifadə edib.

 

 

 

 

Keçidlər