Şriftin ölçüsü :

Saytın rəngi :

Kotavan və Ağzıbir kəndlərində Vətən Müharibəsi şəhidlərinin ildönümü qeyd edilib.

29 sentyabr 2023 | 17:02

29 sentyabr 2023-cü il tarixində Ağdaş rayonunun Kotavan və Ağzıbir kəndlərində şəhid Məmmədov Kənan Hüseyn oğlu və şəhid İbrahimxəlilov Söyxan Eldəniz oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə bağlı ailələri ziyarət olunub. İl mərasimlərində rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbər işçiləri, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər iştirak edib. Anım tədbirlərində son 3 il ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ bölgəsində erməni təxribatçılarına qarşı həyata keçirilən döyüş əməliyyatları, o cümlədən 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən söhbət açılıb, Ordumuzun Qarabağın bütün ərazisinin düşmən tapdağından azad edilməsindəki uğurlarına toxunulub, şəhidlərin qanı hesabına ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyi diqqətə çatdırılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər