Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü gənclərlə görüş keçirildi.

14 sentyabr 2023 | 17:01

14 sentyabr 2023-cü il tarixində Ağdaş Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyəti başa çatmış gənclərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə açıb. O, çıxış edərək könüllülük fəaliyyəti başa çatmış gənclərə qazandıqları təcrübəni gələcəkdə uğurla tətbiq etmələrini arzulayıb. Könüllülük fəaliyyəti yenicə başa çatan gənclər çıxışlarında qısa müddət ərzində bu fəaliyyət növü üzrə təcrübəyə yiyələndiklərini diqqətə çatdıraraq, karyera qazanmaları yolunda bu fəaliyyətlərin mühüm əhəmiyyətini qeyd ediblər. Tədbirin sonunda fəaliyyətlərinin sona çatması ilə əlaqədar könüllülərə şəhadətnamə təqdim edilib.

Keçidlər