Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam etdirilir.

20 oktyabr 2023 | 11:13

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında dəyirmi masalar və disputlar təşkil olunur. 19 oktyabr 2023-cü il tarixində Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi, Mərkəzin kollektivi iştirak edib. Tədbirdə məruzə və çıxışlar dinlənilib, dahi şəxsiyyətin xilaskarlıq missiyası barədə söhbət açılıb, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri xatırlanıb. Qeyd olunub ki, Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, həmçinin onun ən şərəfli tarixini yaratmağa nail olmuş Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, ölməz ideyaları yaşayır və onun siyasi kursu dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçidlər