Şriftin ölçüsü :

Saytın rəngi :

Gürcuva kəndində şəhid Murad Hacıyevin ailəsi ziyarət olunub.

17 noyabr 2023 | 16:05

17 noyabr 2023-cü il tarixində Ağdaş rayonunun Gürcuva kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Hacıyev Murad Eynulla oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimov, YAP Ağdaş rayon təşkilatının nümayəndəsi İsa Eminov, Milli Məclisə 90 saylı seçki dairəsindən seçilmiş deputatın köməkçisi Rəhman Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı Şahlar Usubəliyev, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlarından söhbət açılıb, ruhuna dualar oxunub. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər