Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəbocağı kəndində Vətən Müharibəsi şəhidinin ailəsi ziyarət olunub.

09 oktyabr 2023 | 10:29

8 okyabr 2023-cü il tarixində Ağdaş rayonunun Ərəbocağı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Kərimli Nihat Teymur oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə bağlı ailəsi ziyarət olunub. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul işçiləri, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Şəhidin şərəfli döyüş yolundan söhbət açılıb, xatirəsi anılıb, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər