Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəbocağı kəndində şəhidin xatirəsi ehtiramla yad edilib.

11 oktyabr 2023 | 17:11

11 oktyabr 2023-cü il tarixində Ağdaş rayonunun Ərəbocağı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İdrisov Xəyal İbrahim oğlunun şəhadətə yüksəlməsinin üçüncü  ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib. Anım tədbirində Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağdaş rayon Təşkilatının,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və rayon Gənclər və İdman idarəsinin rəhbər şəxsləri,  ictimaiyyətin nümayəndələri, kənd sakinləri iştirak ediblər. Şəhidin həyat yolundan və döyüşlərdəki şücaətindən söhbət açılıb, ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər