Şriftin ölçüsü :

Saytın rəngi :

Emil İsmiyevin şəhadətə yüksəlməsinin üçüncü ildönümü.

09 oktyabr 2023 | 16:31

9 oktyabr 2023-cü il tarixində Ağdaş şəhərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan İsmiyev Emil Elman oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı, ictimaiyyətin nümayəndələri, şəhidin doğmaları iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, döyüş yolu və qəhrəmanlığı barədə söhbət açılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər