Şriftin ölçüsü :

Saytın rəngi :

Bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən istifadənin təşviqi ilə əlaqədar maarifləndirici görüş keçirilib.

09 mart 2023 | 23:00

Rayon İcra Hakimiyyəti, Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzi, Ağdaş Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi ilə birgə 06-10 mart 2023-cü il tarixlərində Ağdaş rayonunun Qəsil, Qulbəndə, Kükəl, Ərəb və Birinci Aral kəndlərində fermerlərlə maarifləndirici görüş keçirilmişdir. Ağdaş Rayon  İcra Hakimiyyəti başçısının Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xanmusa Əhmədov bitki sağlamlığının təmin olunması, bitki örtüyünün qorunması və inkişafı üçün istifadə olunan bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların saxlanılması və istifadəsi ilə bağlı qaydalara əməl olunması və bu sahədə qəbul olunmuş yeniliklər bərədə fermerlərə geniş və ətraflı məlumat verərək, bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadə ilə bağlı əhali arasında maarifləndirici məlumatların təbliğinin önəmli olduğunu diqqətə çatdırıb.

Görüş zamanı mövzu ətrafında fermerləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər