Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirildi.

09 noyabr 2023 | 13:35

8 noyabr  2023-cü il tarixində  saat 11:00-da Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları iştirak edib. Dövlət Himni səsləndirilib. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş   şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən Müharibəsini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxışlar təqdim olunub. Tədbir həmin gün ərzində saat 15:00-dan başlayaraq Heydər parkında bədii proqramla davam etdirilib. Rayon rəhbərliyi Heydər Xiyabanı boyunca nümayiş olunan sərgilərə tamaşa edib. Bayram konsertində mədəniyyət kollektivlərinin ifasında vətənpərvərlik ruhunda mahnı və rəqslər təqdim edilib.

Keçidlər