Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Xocalı soyqırımının 32-ci ildönümü qeyd olundu

26 fevral 2024 | 15:51

26 fevral 2024-cü il tarixində rayon İcra Hakimiyyəti, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər  Əliyev Mərkəzində  Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar ictimaiyyətin nümayəndələri, Ağdaş rayonu ərazisində məskunlaşan Xocalıdan olan məcburi köçkünlərin bir qurupunun iştirakı ilə anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər  Əliyev Mərkəzinin foyesində Xocalı faciəsinin ildönümünə həsr olunan gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı faciəsinə həsr olunan videoçarx nümayiş etdirilib. Tədbirin yekununda rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatırının təqdimatında Xocalı soyqırımının insanlığa qarşı ən qəddar və amansız kütləvi terror aktlarından biri olmasının əks etdirən “Qisas qiyamətə qalmadı” adlı tamaşası təqdim olunub.  Tamaşa iştirakçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Keçidlər