Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda xalq şairi Fikrət Qocanın vəfatının ildönümü qeyd olunub.

20 may 2022 | 15:00
20 may 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi, “Şöhrət”, "Şərəf", "İstiqlal" ordenli, Dövlət mükafatı laureatı, həmyerlimiz Fikrət Qocanın vəfatının ildönümünə həsr olunan “Şeirimizin səssiz səsiyəm” adlı ədəbi-bədii anım tədbiri keçirilib.
Tədbirdə respublikanın tanınmış şair və yazıçıları, şairin ailə üzvləri, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, şairin qələm dostları, ədəbi irsinin araşdırmaçıları, rayon ictimaiyyətinin nümayəndələri, Ağdaş, Göyçay, Zərdab, Ucar rayonlarının mədəniyyət işçiləri iştirak edib.
Tədbir iştirakçıları tərəfindən xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ehtiram əlaməti olaraq ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə şairin bədii yaradıcılığının əsas məziyyətlərinə toxunulmaqla, onun ədəbi mühitdəki yeri və rolu barədə geniş söhbət açılıb.
Xalq şairi Fikrət Qocanın ömür yoluna həsr olunmuş qısa film və xaricdə yaşayan ailə üzvlərinin xatirələrindən ibarət videoçarx nümayiş etdirilib.
Tədbir boyunca xalq şairi Anar Fikrət Qoca yaradıcılığı ilə bağlı öz fikirlərini bölüşüb, dostluqları barədə xoş xatirələrini iştirakçılara çatdırıb.
“Qız qalası” ansamlının ifasında şairin sözlərinə bəstələnmiş mahnı çələngi təqdim edilib.
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, Teyyub Aslan və əməkdar artist Zakir Əliyevin ifasında təqdim edilən mahnılar tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Şairin ailə üzvləri tədbirdə çıxış edərək Fikrət Qoca şəxsiyyətinə göstərilən hörmət və ehtirama görə öz razılıqlarını bildiriblər.
Keçidlər