Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.

04 oktyabr 2023 | 16:13

4 okyabr 2023-cü il tarixində Ağdaş şəhəri və Ərəbocağı kəndində doğulub boya-başa çatmış,  44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan  Məmmədzadə Fərid Mehman oğlu və Osmanov Məhəmməd Seymur oğlunun şəhadətə yüksəlməsinin  üçüncü ildönümü ilə bağlı ailələri ziyarət olunub. Tədbirlərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı, ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Yerlərdə keçirilən görüşlər zamanı şəhidlərin şərəfli döyüş yolundan söhbət açılıb, xatirələri anılıb, ruhlarına dualar oxunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər