Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı tədbir keçirildi.

11 iyul 2023 | 16:39

11 iyul 2023-cü il tarixdə  “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda Ağdaş Dövlət Humanitar Kollecində dəyirmi masa keçirilib. Tədbirdə  çıxış edənlər  vurğulamışdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyində  təmsil olunduğu illər çağdaş dövlətçilik tariximizin siyasi aktuallığı ilə daim gündəmdə olan hadisələrlə zəngin olmuşdur. Bu günlər isə Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 54-cü ildönümünün qeyd edildiyi,  eyni zamanda xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev 1969-cu ildən başlayaraq 34 ilə yaxın dövr ərzində  fərqli siyasi sistemlərdə dövlətimizin rəhbəri vəzifəsində işləməsinə baxmayaraq respublikamızın tarixində silinməz izlər buraxdığı bir daha diqqətə  çatdırılmışdır. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndər Heydər Əliyev barədə fikirlərinə toxunularaq qeyd olunub ki, dahi şəxsiyyətin  çoxşaxəli fəaliyyəti bu gün də Azərbaycanın hərtərəfli inkişafına xidmət etməkdədir. Bu gün gerçəyə çevrilənlərin əsası ümummilli lider tərəfindən qoyulan ideyalardır. Ona görə də gündən-günə yüksələn inkişaf dinamikası hər şeydən əvvəl ulu öndər  Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılmalıdır.

Keçidlər