Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb.

12 dekabr 2023 | 15:35

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 34 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi məhz Ulu Öndərin adı ilə sıx bağlıdır. 2023-cü ilin dekabr ayında müvafiq tədbirlər planına uyğun rayonda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. 12 dekabr 2023-cü il tarixdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri, əmək kollektivlərinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül dəstələri düzmüşlər. Gün ərzində ulu öndərin abidəsinin ziyarəti davam edən rayon sakinləri və əmək kollektivlərinin üzvləri Ümummilli Liderin xatirəsinə sonsuz ehtiramlarını nümayiş etdirmişlər.
Allah rəhmət eləsin!

Keçidlər