Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

31 may 2023 | 17:18

31 may 2023-cü il tarixində Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda dəyirmi masa keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masada rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova, Azərbaycan Dövlət İqtisad Universitetinin "SABAH" Qruplarının müəllimi, politoloq Şəbnəm Həsənova, rayonun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin məsul işçiləri, idarə, müəssisə, təşkilatların nümayəndələri və fəal gənclər iştirak edib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə açaraq “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin mühüm əhəmiyyətini qeyd edib, ölkə miqyasında həyata keçirilən bu səpkili tədbirlərin vacibliyinə toxunub, dövlətçilik ənənələrinin inkişaf etdirilməsi sahəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasətinin dünyada böyük diqqətlə izlənildiyini bildirib.  Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.  “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda politoloq Şəbnəm Həsənova tərəfindən məruzə təqdim edilib. Məruzədə qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin siyasi irsinin gələcək nəsillərə ötürülməsi sahəsində ölkəmizdə böyük işlər görülüb. Bildirilib ki, bu işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin, eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Vurğulanıb ki, müstəqil Azərbaycan hazırda böyük inkişaf mərhələsinə daxil olub, ölkəmizdə ictimai-siyasi və iqtisadi sahədə aparılan çoxşaxəli islahatlar, transmilli layihələrin gerçəkləşdirilməsi, dövlət quruculuğu proseslərinin daha da təkmilləşdirilməsi regionda dövlətimizi mühüm tərəfdaşa və böyük söz sahibinə çevirib. 

Keçidlər