Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda tanınmış incəsənət ustalarının iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

10 may 2023 | 11:04

10 may 2023-cü il tarixdə Heydər parkında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib. Proqram boyunca Ulu Öndərin Azərbaycanda siyasi fəaliyyəti dövründə bütün sahələrə, o cümlədən mədəniyyətimizin inkişafına göstərdiyi qayğıdan bəhs olunub, onun xatirəsinə həsr olunmuş və sevdiyi mahnılardan ibarət gözəl ifalar təqdim olunub. İncəsənət ustalarının çıxışları alqışlarla qarşılanıb. Tədbir sonda görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan atəşfəşanlıqla başa çatıb.

 

 

Keçidlər