Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda sudan qənaətlə istifadəyə dair maarifləndirici tədbir keçirilib.

12 may 2023 | 15:57

11 may 2023-cü il tarixdə sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, rayonun aidiyyəti idarə, təşkilat rəhbərləri, həmçinin yerli icra nümayəndəlikləri və bələdiyyələrin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Qarşılıqlı müzakirələr şəraitində keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sektorunun məsləhətçisi Mikayıl Cabbarov və Meliorasiya Elmi-Tədqiqat İnstitutu MMC-nin Suvarma şöbəsinin müdiri Elman Rufullayev qarşıdan gələn yay mövsümü ərzində su ehtiyatlarından səmərəli istifadəyə dair görülməsi nəzərdə tutulan işlərdən söhbət açmış, tədbir boyunca iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.

 

 

Keçidlər