Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda sağlam həyat tərzinin təşviqinə həsr olunan tədbir keçirildi.

10 avqust 2023 | 10:03

Sağlam həyat tərzi insanların sağlamlığının qorunması, onların qeyri-infeksion xəstəliklərə qarşı immunitetinin yaranmasını təmin edir. Sağlam həyat tərzi tütün, alkoqollu içki, rasional qidalanma, fiziki aktivlik, psixoloji sağlamlığın möhkəmləndirilməsi və digər tədbirlərdən ibarət olan həyat tərzini özündə ehtiva edir. Sağlam həyat tərzinin əsası gənc yaşlarında qoyulur. Bu yaşda əldə olunan adət-ənənələr insanın bütün ömrü boyu davam edir. Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, qeyri-infeksion xəstəliklərin 70 faizindən çoxu sağlam həyat tərzinin keçirilməməsi ilə bağlıdır. Bununla əlaqədar 9 avqust 2023-cü il tarixdə fəal gənclərin iştirakı ilə rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova açmışdır. Tədbirdə iştirak edənlər insan sağlamlığının əsas aspektləri barədə müzakirələr aparmış, insan sağlamlığına xidmət edən vərdişlərin aşılanması məqsədilə əhali arasında maarifləndirici tədbirlərin daha intensivləşdirilməsinin vacibliyini qeyd etmişlər. Tədbirin yekununda iştirakçılara bukletlər paylanmışdır.

Keçidlər