Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda "Regionlarda erkən nikahlar: reallıqlar və perspektiv inkişaf təşəbbüsləri ilə bağlı tədbirlərin keçirilməsi" adlı maarifləndirici tədbir keçirildi.

10 avqust 2023 | 16:28

9 avqust 2023-cü il tarixdə rayonda Sosioloji Qrupların Psixoloji Reabilitasiyası İctimai Birliyi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı, eyni zamanda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Regionlarda erkən nikahlar: reallıqlar və perspektiv inkişaf təşəbbüsləri ilə bağlı tədbirlərin keçirilməsi" adlı maarifləndirmə tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti, ictimaiyyətin nümayəndələri, təhsil işçiləri, fəal gənclər, ağsaqqallar, polis şöbəsi və qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin icraçı direktoru Gülnarə Bağırova qeyd edib ki, layihənin əsas ideyasını regionlarda gənclər arasında ailənin, nikahın əhəmiyyəti, onun qorunması, möhkəmləndirilməsi məqsədilə erkən nikahların mənfi nəticələrilə mübarizə və maarfləndirmə sahəsində dövlət qurumlarının vəzifə, öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin araşdırılması, öyrənilməsi, nəticələrin təhlili, obyektiv hesabatlılıq, maarifləndirici seminarların təşkili və bu sahədə fəaliyyətlərin təkmilləşdirilməsi üzrə tövsiyə və təkliflərin hazırlanması təşkil edir. Tədbir diskussiya şəraitində davam etdirilib, iştirakçılara bukletlər paylanılıb.

                                                                                                   

Keçidlər