Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

29 dekabr 2023 | 16:17

29 dekabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində yaradıcılıq festivalları və müxtəlif nominasiyalar üzrə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Dövlət Himni səsləndirilib. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr edilən sənədli film nümayiş etdirilib. Tədbir boyunca yaradıcılıq festivalları, idman yarışları və müxtəlif nominasiyalar üzrə müsabiqə qaliblərinin təqdimatında solo ifalar, bədii qiraət nümunələri,  gimnastların nümunəvi çıxışları, ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib. Çıxışlar iştirakçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə mükafatlandırma mərasimində çıxış  edərək qalibləri təbrik edib, “Heydər Əliyev ili” boyunca fərqlənənlərə fəxri fərmanlar təqdim edib.

Tədbirin yekununda xatirə şəkli çəkdirilib.

Keçidlər