Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Milli Qurtuluş günü qeyd olundu

14 iyun 2023 | 16:46

 14 iyun 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində  əlamətdar gün-Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbir başlamazdan öncə   rayon ictimaiyyəti nümayəndələri, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu, xatirəsi ehtiramla anıldı, abidənin önünə gül dəstələri düzüldü. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov açdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirildi.  Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova tərəfindən ”Milli dövlətçiliyin xilaskarı” mövzusunda məruzə təqdim edildi. Məruzə və çıxışlarda  qeyd olundu ki, müstəqil  Azərbaycan dövlətinin düşdüyü ağır siyasi böhrandan çıxarılması kimi çətin bir işin öhdəsindən məharətlə gələn ulu öndərimiz xilaskarlıq missiyasını 1993-2003-cü illərdə uğurla başa çatdırdı. Ulu öndərimizin xilaskarlıq missiyasını şərtləndirən əsas amillərdən biri də dövlətin ali rəhbərliyini,  Azərbaycan xalqının taleyini gücünə və bacarığına etibar etdiyi ən yaxın silahdaşı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tapşırması idi. Azərbaycan xalqının möhkəm etibarını qazanmış hörmətli Prezidentimiz nəinki ümummilli liderimizin etimadını doğrultdu, eyni zamanda müstəqil Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətləri ilə öncül sıralarda dayanmasına nail oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin noyabr ayında 44 gün ərzində qazanılan möhtəşəm Zəfər ölkəmizin uğurlar salnaməsinin dəyərli səhifələrini təşkil edir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi qurtuluşdan başlanan zəfərin məntiqi sonluğu kimi dəyərləndirilməlidir. Ulu öndərin bizlərə miras qoyub getdiyi müstəqil Azərbaycan onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda  inamla və ilhamla gələcəyə doğru gedir.

 

 

 

           

 

 

 

 

 

Keçidlər