Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirildi.

02 mart 2024 | 08:40

01 mart 2024-cü il tarixdə rayon İcra Hakimiyyətində icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə həsr olunmuş maarifləndirici tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və yerli bələdiyyələrin üzvləri iştirak etmişdir.  Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin Mingəçevir fililalının rəhbəri Adil Həsənov icbari tibbi sığortanın əsas mahiyyəti, sığortanın əhatəsinə daxil olan xidmətlər, sığorta haqlarının miqdarı və ödənilməsi qaydaları haqqında məlumat verdi. Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son vaxtlar ölkəmizdə həyata keçirilən irimiqyaslı sosial layihələrdən bəhs olunaraq 2020-ci ildən ölkə üzrə tətbiq olunan tibbi sığortanın əhəmiyyətindən söhbət açılıb. Diskussiya şəraitində davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

 

Keçidlər