Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Heydər Əliyev və Azərbaycan qadınları” mövzusunda konfrans keçirildi.

06 oktyabr 2023 | 16:12

6 oktyabr 2023-cü il tarixində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan qadınları” mövzusunda konfrans keçirilib. Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən konfransda rayonun idarə, müəssisə, təşkilatlarında çalışan fəal qadınlar, könüllülük fəaliyyətinə cəlb edilmiş gənclər iştirak edib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə açaraq, iştirakçıları salamlayıb. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məruzə ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova bildirib ki, Azərbaycan qadınlarının hüquq və mənafelərinin qorunması, eləcə də ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev müstəsna xidmətlər göstərmiş, onun müəyyənləşdirdiyi qadın siyasəti bu gün də dövlət quruculuğu prosesinin əsas prioritetlərindən birinə çevrilmişdir. Ulu Öndərin uzaqgörən siyasəti möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev, eləcə də Azərbaycan qadınlarının ən parlaq təmsilçisi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Məruzə ətrafında rayonda təhsil sahəsində uğur və nailiyyətlər, reproduktiv sağlamlığın qorunması, gender bərabərliyi, məişət zorakılığı halları, qadınların məşğulluq məsələləri, qızların təhsildən yayınması, erkən nikahların fəsadları ilə bağlı problemlərdən söhbət açılıb, müvafiq təkliflər səsləndirilib. Qeyd etmək lazımdır ki, son 25 il ərzində Azərbaycan Qadınlarının 5 qurultayı keçirilmiş, qadınların ölkə idarəçiliyində təmsilçiliyi sahəsində mühüm dönüşə nail olunmuşdur. Azərbaycan Qadınlarının VI Qurultayı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmaqla, cari ilin 19 oktyabr tarixində keçiriləcəkdir. Konfransın yekununda Ağdaş rayonundan Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edəcək nümayəndələr müəyyənləşdirilib.

Keçidlər