Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Heydər Əliyev ili” çərçivəsində yaşıllaşdırma kampaniyasına start verilib.

17 mart 2023 | 17:43

17 mart 2023-cü il tarixində rayon İcra Hakimiyyətinin təşkilatçılığı və yerli icra strukturları, idarə, müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev ili” ilə bağlı təqvim planında nəzərdə tutulan tədbirlər çərçivəsində ağacəkmə kampaniyası keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, eyni zamanda İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib. Kampaniya çərçivəsində rayon İcra Hakimiyyətinin ətrafındakı ərazidə 500 ədəd şam, sərv, çinar və qovaq ağacları əkilib. Qeyd edək ki, sözügedən kampaniyanın rayon ərazisində yerləşən bütün idarə və təşkilatları əhatə etməsi nəzərdə tutulmuşdur.

 

Keçidlər