Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Heydər Əliyev ili” çərçivəsində tədbirlər davam etdirilir.

27 mart 2023 | 17:30

27 mart 2023-cü il tarixində rayon ərazisində “Heydər Əliyev ili” ilə bağlı təqvim planında nəzərdə tutulan tədbirlər çərçivəsində Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş iməciliklər təşkil olunub. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməciliklərdə idarə, müəssisə və təşkilatların kollektivləri fəal iştirak edib. İməcilik keçirilən ərazilərdə abadlıq işləri aparılıb, yaşıllıq zolaqları alaq otlarından təmizlənib, ağacların dibləri bellənib, gövdələri əhənglənib, suvarılıb, yaşıllığa qulluq göstərilib. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Keçidlər