Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ekoloji aksiya keçirilib.

04 sentyabr 2023 | 11:59

2 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Türyançay çayının rayon ərazisindəki çirklənmiş sahələrində təmizlik aksiyası keçirilmişdir. Keçirilən ekoloji aksiyada “ASAN” könüllüləri, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ağdaş Suvarma Sistemləri İdarəsi və Ağdaş Kommunal Müəssisələr Kombinatının əməkdaşları iştirak etmiş, ​ çay sahili boyu ərazilərdə tullantıl­ar, xüsusilə də, pla­stik, şüşə qablar, polietilen torbalar tullantı torbalarına toplanılmış və aidiyəti üzrə tullantıların çeşidlənmə məntəqəsinə təhvil verilmişdir. İştirakçılar ar­asında məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri apar­ılmışdır.

 

Keçidlər