Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.

23 iyun 2023 | 15:05

23 iyun 2023-cü il tarixdə rayonda dövlət qulluqçularının peşə bayramıı  münasibəti ilə tədbir keçirilib.

Rayonun yerli icra  strukturları, idarə,  müəssisə  və təşkilatlarında çalışan dövlət qulluqçuları əvvəlcə ümummlili lider Heydər Əliyevin abidəsi önünə gələrək gül-çiçək dəstələri düzmüş, ulu öndərin xatirəsini böyük ehtiramla yad etmişlər. Tədbir Heydər Əliyev Mərkəzinin önündə davam etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı  Tofiq İbrahimov çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  dövlət quruculuğu sahəsində görülən işlər müstəqilliyimizin möhkəmləndirilməsinə mühüm töhfələr bəxş etmişdir. Prezidentin dövlət qulluqçularının peşə bayramının təsis edilməsi haqqında imzaladığı sərəncam mühüm əhəmiyyət daşıyır. Vurğulanmışdır ki, müasir dövlət qulluğu dövlət idarəetmə kadrlarının fəaliyyətindən ibarətdir. Dövlət qulluqçuları ölkədə sabitliyi təmin edən, eyni zamanda  baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət mexanizminin əsasını təşkil edirlər. Peşəkar kadrlar dövlət qulluğunun hərəkətverici qüvvəsidir. Yekun olaraq dövlət qulluğu sahəsində fərqlənən bir qrup əməkdaşlara rayon İcra Hakimiyyətinin fəxri fərmanları və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin hədiyyələri təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər