Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Beynəlxalq Muzeylər Günü qeyd olundu.

18 may 2023 | 17:37

18 may 2023-cü il tarixində Heydər parkında Beynəlxalq Muzeylər Günü münasibətilə mədəniyyət mərkəzi və tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti, idarə müəssisə, təşkilatların nümayəndələri, muzey əməkdaşları və məktəblilər iştirak edib. “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə gənc rəssamların əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Açıq səma altında davam edən tədbirdə Dövlət Himni səsləndirilib. Çıxış edənlər ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə mədəni dəyərlərin toplandığı muzey işinin təşkilində görülən işlərdən söhbət açıblar. Tədbir boyunca mədəniyyət kollektivləri və məktəblilərin ifasında mahnılar, şeirlər təqdim olunub.

 

 

Keçidlər