Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Azərbaycan Gəncləri Günü qeyd olunub.

02 fevral 2024 | 17:34

2 fevral 2024-cü il tarixdə Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər bildirib ki, bu gün ölkəmizdə əsası  ulu öndər, xalqımızın ümumilli lideri Heydər Əliyev tərəfindən  qoyulan gənclər siyasəti  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səmərəli fəaliyyəti ilə seçilən bir qrup gənc mükafatlandırılıb. Rayon Mədəniyyət Mərkəzinin nəzdində olan bədii kollektivin ifasında konsert proqramı təqdim edilib.

Keçidlər