Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd edildi.

07 mart 2024 | 12:01

7 mart 2024-cü il tarixində rayon İcra Hakimiyyətində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun yerli icra strukturları, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin ictimai təşkilat və birlikləri təmsil edən fəal qadınların bir qrupu iştirak edib. Tədbiri giriş sözü ilə açan Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə bütün xanımları bayram münasibətilə səmimi-qəlbdən təbrik edib və adı tarix boyu uca tutulan Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradə və əzmilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini qeyd etdi. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğu proseslərində qadınların yaxından iştirakı, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolunun daim diqqət mərkəzində saxlanılır. Tədbirin yekununda rayonun ictimai-siyasi və sosial-mədəni həyatında fərqlənən qadınların bir qupuna fəxri fərmanlar təqdim olunub.

Keçidlər