Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 21 fevral-Beynəlxalq Ana Dili Günü qeyd edilib.

20 fevral 2024 | 17:56

21 fevral 2024-cü il tarixində rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölgəsinin sədri, şair Fəxrəddin Əsəd, mədəniyyət işçiləri və məktəblilər  iştirak edib.  Məruzə və çıxışlarda qeyd olunub ki, əsası Ulu Öndər tərəfindən qoyulan ana dilinin inkişafına və qorunmasına yönələn dövlət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşan dövlət başçısının Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində atdığı mühüm addımlar, imzaladığı sərəncamlar Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında öz layiqli yerini tutmasına xidmət edir.

Tədbir boyunca məktəblilərin ifasında ana dilinə həsr olunmuş şeir nümunələri səsləndirilib.

Keçidlər